QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu Ronaldinyo İtaliya C Seriyasında “Ravenna”nın “Forli” ilə ev oyununda meydana çıxıb. Bu, onun 11 ildən sonra rəsmi turnirdə iştirak etdiyi ilk matç olub.

Ronaldinyo 2026-cı ilin yayında İtaliyanın üçüncü divizionunda çıxış edən klubla müqavilə bağlayıb. Noyabrın 13-də ölkəyə gələn futbolçu qarşılaşmadan əvvəl yeni komanda yoldaşları ilə yalnız bir məşqdə iştirak edə bilib.

Karyerası ərzində PSJ, “Barselona”, “Flamenqo”, “Qremio” və “Fluminense”də forma geyinən Ronaldinyo İtaliyada yalnız “Milan”da çıxış edib.