QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ceyrançöl ərazisində iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

Hadisə zamanı Qazax rayonunun Ürkməzli kənd sakini Rəsul Şahin oğlu Məmmədov ölüb. O, Ağstafada yaşayan əmisi oğluna qonaq gedibmiş. Yaralanan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Mina hadisəsinin hansı şəraitdə baş verdiyi dəqiqləşməyib. Faktla bağlı araşdırma aparılır.