QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Gümrüdə Ukrayna vətəndaşına qarşı zorakılıq göstərməkdə şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb.

Zərərçəkmiş Dmitri Samuelenko hüquq-mühafizə orqanlarına müraciət edərək, təxminən bir ay əvvəl şəhərin Ani rayonunda iki hərbçinin onu döydüyünü bildirib.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir qrup şəxsin fiziki zorakılığı maddəsi üzrə cinayət işi açıldığını və məhkəmə-tibbi ekspertizasının təyin olunduğunu açıqlayıb.

Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən iki hərbçi yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunaraq həbs edilib. Onlar hazırda Ermənistanın penitensiar müəssisəsində saxlanılır.

Münaqişənin səbəbi, eləcə də hərbçilərin Ukrayna vətəndaşını hansı səbəbdən döydüyü barədə məlumat yoxdur.