QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev 54 yaşında vəfat edib. O, noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.
Əliyevin dəfn mərasimi noyabrın 16-da İkinci Fəxri xiyabanda keçiriləcək.
Bir müddət əvvəl onun səhhətində ciddi problemlər yaranıb. Oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilən Əliyev vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlərdə o, süni tənəffüs aparatına qoşulmuşdu.