QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-15EX qırıcıları Yaponiyanın Okinava adasındakı Kadena aviabazasına çatdırılıb. Bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.

Beləliklə, F-15EX təyyarələri ilk dəfə ABŞ ərazisindən kənarda yerləşən hərbi bazaya dislokasiya edilib. Vaşinqton yaxın bir neçə il ərzində Okinavaya bu modeldən 36 qırıcı göndərməyi nəzərdə tutur.

Dördüncü nəsil təyyarələr 13,3 tona qədər döyüş yükü daşıya bilir. Bu, hazırda Yaponiyada olan köhnə F-15-lərin göstəricisindən təxminən iki dəfə yüksəkdir və bəzi bombardmançıların yükdaşıma imkanları ilə müqayisə olunur.