QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2026-cı ilin dekabrında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri şəhər və rayonlarda vətəndaşlarla görüşəcəklər. Qəbulların hamısı müəyyən edilmiş tarixdə saat 10:00-da başlanacaq.
Daxili işlər naziri Vilayət Eyvazov dekabrın 2-də Masallıda Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı sakinlərini qəbul edəcək. Baş prokuror Kamran Əliyevin Sumqayıtda Sumqayıt və Qubadlı sakinləri ilə görüşü, energetika naziri Pərviz Şahbazovun isə Oğuzda Oğuz, Qəbələ, İsmayıllı, Şəki, Qax, Zaqatala və Balakəndən olan vətəndaşları qəbulu dekabrın 4-nə təyin olunub.
Həmin gün gənclər və idman naziri Fərid Qayıbov Xızıda Xızı və Siyəzən sakinlərini, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsuda Ağsu və İsmayıllı sakinlərini qəbul edəcək. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Ağdaşda Ağdaş, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Ucar və Zərdab sakinləri ilə görüşü də dekabrın 4-də keçiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova həmin tarixdə Naxçıvanda Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının sakinlərini qəbul edəcək.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dekabrın 7-də Naxçıvanda, eyni ərazi vahidlərinin sakinləri ilə görüşəcək. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Şəmkirdə Şəmkir, Gədəbəy və Daşkəsən sakinləri üçün qəbulu dekabrın 10-na nəzərdə tutulub.
Ədliyyə naziri Fərid Əhmədov dekabrın 11-də Naxçıvanda Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlarla görüşəcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov həmin gün Sabirabadda Sabirabad, Saatlı və İmişli sakinlərini qəbul edəcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Ağdamda Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xankəndi, Xocalı və Ağdərə sakinləri ilə görüşü də dekabrın 11-də olacaq.
Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayılda Cəbrayıl, Qubadlı və Zəngilan sakinlərini, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə Kəlbəcərdə Kəlbəcər və Laçın sakinlərini qəbul edəcək.
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun Cəbrayılda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşü dekabrın 17-nə planlaşdırılıb.
Dekabrın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şirvanda Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşəcək. Mədəniyyət naziri Adil Kərimli Ucarda Ucar, Zərdab, Göyçay, Ağdaş və Kürdəmir sakinlərini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli isə Şabranda Şabran və Xaçmaz sakinlərini qəbul edəcək.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun Astarada Astara, Lənkəran və Lerik sakinləri ilə, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyevin Lənkəranda Lənkəran, Astara və Lerik sakinləri ilə görüşləri də dekabrın 18-də keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 21-də Xızıda Xızı, Sumqayıt və Abşeron sakinlərini qəbul edəcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev həmin gün Mingəçevirdə Mingəçevir və Ağdaş sakinləri ilə görüşəcək.
Səhiyyə naziri Anar Bayramov dekabrın 25-də Qəbələdə Qəbələ, İsmayıllı və Oğuz sakinlərini qəbul edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun Kürdəmirdə Kürdəmir, Mingəçevir, Göyçay, Yevlax, Ağdaş, Ucar və Zərdab sakinləri üçün qəbulunun tarixi isə dekabrın 25-i göstərilib.