QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti atlar üçün yem alınması məqsədilə yeni tender elan edib.

Satınalma çərçivəsində 530 min kiloqram yemlik arpa, 150 min kiloqram vələmir və 700 min kiloqram yonca otu alınacaq.

Tenderin ehtimal olunan dəyəri 1 milyon 30 min 230 manat müəyyən edilib. Təkliflərin təqdim olunması üçün son tarix 11 yanvar 2027-ci ildir.