Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu təyin olunub. Bu qərarı nazir Anar Əliyev imzalanmış əmr ilə təsdiqlənib.

Məlumata görə, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu olub və tibb üzrə fəlsəfə doktoru dərəcəsinə sahibdir. O, əvvəlki illərdə Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin noyabrından isə Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərir. Bundan əlavə, Rəşid Vəzirov Beynəlxalq Qızıl Xaç Komitəsində və Qlobal Fondun QİÇS, Vərəm və Malariya ilə Mübarizə proqramında da fəaliyyət göstərmişdir.