QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda təşkil olunan beynəlxalq idman yarışlarında baş hakimə hər gün üçün 100 manat xidmət haqqı ödənilməsi planlaşdırılır. Hakimlər briqadasının üzvləri və yarışın baş katibi isə gündə 50 manat alacaqlar.
Respublika miqyaslı idman tədbirlərində ödəniş məbləğləri fərqlidir: baş hakimə gündə 50 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə 25 manat xidmət haqqı veriləcək.
Ödəniş hakimlərin vəzifələrini icra etdikləri günlərə görə, digər maddi təminat formalarından asılı olmayaraq həyata keçiriləcək.
Yarışın keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşadığı yer olarsa, ona ezamiyyə xərcləri üçün müəyyən edilmiş normalara əsasən yemək xərci də ödəniləcək.