QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Kəmalə Yusifova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətində İnsan Resursları departamentinin rəhbəri vəzifəsinə gətirilib.
Yusifova 2025-ci ilin aprelindən “Kurort” QSC-də HR meneceri işləyib. O, 2021-ci ilin martından K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməyin mühafizəsi üzrə mühəndis, həmin ilin fevralından isə institutun SƏTƏM meneceri vəzifələrini icra edib.
“Kurort” 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin sanatoriya filialları arasında Bilgəh Kardioloji Sanatoriyası, Abşeron Mədə-Bağırsaq Sanatoriyası, Qaranquş Uroloji Sanatoriyası, Günəşli Nevroloji Sanatoriyası, Şıx Dayaq-Hərəkət Xəstəlikləri Sanatoriyası və Buzovna Fizioterapiya Mərkəzi yer alır.