QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, turizm sahəsində çalışan “Travel Baku” şirkətinə əmək qanunvericiliyinin pozulmasına görə cərimə yazılıb. Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə protokol tərtib edib.
Yoxlamaya qrafik dizayner İmran Haqverdiyevin şikayəti əsas verib. O, Əmək Məcəlləsinin müəyyən etdiyi qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürənin tapşırığı ilə işlədildiyini qeyd edib.
Araşdırma zamanı pozuntu təsdiqlənib. Nəticədə şirkət 20 000 manat, direktoru isə 3 000 manat məbləğində cərimələnib. “Travel Baku”nun rəhbəri Sona Məmmədovadır.