QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının Nizami küçəsindəki tarixi binanın fasadında dəyişiklik edildiyi bildirilir. Paytaxtda memarlıq abidələrinə qanunsuz müdaxilə halları davam edir.
Bu barədə memar Elçin Əliyev məlumat yayıb. O, paylaşımında “Hazırda Nizami küçəsində də eyni vəhşilik baş verir... Memarlıq abidəsinin başına belə oyunlar açırlar!” deyə qeyd edib. Əliyev müdaxiləni göstərən fotoları da paylaşıb.
Memar daha əvvəl Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə barədə də məlumat yaymışdı. Həmin binanın birinci mərtəbəsindəki tarixi giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəzləndiyi bildirilirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin araşdırmasından sonra giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb və binanın ilkin memarlıq görkəmi bərpa edilib.