İyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndinə səfər edərək burada aparılan işlərin gedişatı ilə tanış olub və kəndə qayıdan sakinlərlə görüş keçirib.

Görüşdə dövlət başçısı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edib. Danışıq zamanı ailənin kiçik üzvü Gülər Əsədova Prezidentdən traktor istədiyini bildirib.

Səfər çərçivəsində həm kəndə qayıdışdan sonra yaşamın necə canlandığı, həm də balaca Gülərin istəyinin necə reallaşdığı barədə görüntülər hazırlanıb.

Böyük Qayıdış proqramı üzrə ilkin mərhələdə Kiçik Qaladərəsi kəndinə 15 ailə, ümumilikdə 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək.

Balaca Gülərin istəyi artıq yerinə yetirilib: tələb olunan traktor Əsədovlar ailəsinə təqdim olunub.