Amerikanın Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 355 mindən çox yetkin iştirakçı üzərində apardığı araşdırma qəhvə içməyin qaraciyər sağlamlığı üzərində müsbət təsirlərinə dair dəlilləri gücləndirib. Qiymətləndirmə nəticəsində müntəzəm qəhvə istehlakının qaraciyər sirrozu, qaraciyər xərçəngi və ümumi qaraciyər zəifliklərindən ölüm riskini azaltdığı bildirilib.