Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, noyabrın 3-ündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olması, zaman-zaman tutulması gözlənilir; əsasən yağışsız keçməsi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti tərəfindən bildirilib ki, gün ərzində şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti arasında dəyişəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz isə 60-65 % səviyyəsində olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı da var. Bəzi yerlərdə arabir duman müşahidə oluna bilər. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti olmaqla davam edəcək; dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.