QafqazNews Manset.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” qarşılaşması zamanı polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş xidmət rejiminə keçiblər. Məqsəd ictimai asayişi və təhlükəsizliyi təmin etmək olub.
Matçın keçirildiyi stadionda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilib. Azarkeşlərin stadiona giriş-çıxışının təşkili, eləcə də onların rahat və təhlükəsiz gediş-gəlişi üçün zəruri addımlar atılıb.
Nəqliyyatın hərəkətində fasilə yaranmaması, mümkün sıxlığın önlənməsi və yol təhlükəsizliyinin qorunması üçün müvafiq istiqamətlərə əlavə polis naryadları cəlb olunub.
Polis və Daxili Qoşunların hərbi qulluqçuları oyunun sonunadək, həmçinin azarkeşlər evlərinə çatana qədər asayişin və təhlükəsizliyin qorunmasına xidmət edəcəklər.