QafqazNews DHA-a istinadən xəbər verir ki, İran İçişləri Naziri İskender Mumini ölkədə yaşanan enerji problemini həll etmək üçün hanelərdə enerji istehlakının 20 faiz azaldılmasının zəruri olduğunu açıqlayıb.

Mumini İran mətbuatına verdiyi açıqlamada enerjidə qənaətdə öncəliyin təbii qaz istehlakına verilməli olduğunu söyləyib və hanelərdə 20 faiz qənaət təmin olunduğu təqdirdə ölkənin çətin şəraitdən asanlıqla çıxa biləcəyini qeyd edib.

Nazir istehlakın azalmasının hər kəsin iştirakı və əməkdaşlığı ilə mümkün olduğunu vurğulayıb və enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün daimi maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu bildirib.