Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət sazişi üzrə razılığın əldə olunmasına çox yaxın olduqlarını bildirib. Tramp Ayova ştatında jurnalistlərin suallarını cavablandırarkən Kanada Baş naziri Mark Karni ilə görüşü barədə danışıb.
“Kanada ilə çox yaxşı bir saziş konsepsiyamız var. Uzun müddətdir, 70-75 ildir ki, Kanada ilə ticarətdə pul itiririk. İndi razılaşmaya çox yaxınıq”, - deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, mümkün saziş çərçivəsində amerikalı fermerlərə tarif tətbiq olunmayacaq, Kanada isə "Keystone XL" neft kəmərinin tikintisini həyata keçirəcək. Tramp razılaşmanın Kanada üçün də müsbət nəticələr verəcəyini vurğulayıb.
Qeyd edək ki, Kanada Baş naziri Mark Karni daha əvvəl Tramp ilə iki ölkə arasında ticarətin gələcəyinə dair yaxşı görüş keçirdiklərini bildirmişdi.