QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakının Biləcəri qəsəbəsində yerləşən Biləcəri Yaşayış Kompleksində satış üçün nəzərdə tutulan mənzillərin seçimi azalır. Avtovağzal metro stansiyasının yaxınlığındakı layihədə 50,16 kv.m sahəli ikiotaqlı studiyalardan 109,34 kv.m-lik dördotaqlı mənzillərə qədər variantlar var.

Kompleksdə müxtəlif tələbatlara uyğun mənzillər təqdim olunur. İkiotaqlı studiyaların sahəsi 50,16–56,09 kv.m, üçotaqlı studiyaların sahəsi 75,16–77,64 kv.m, üçotaqlı mənzillərin sahəsi isə 87,60–105,35 kv.m təşkil edir. Bundan başqa, 109,34 kv.m sahəsi olan dördotaqlı mənzillər də satışdadır.

Tikintisi davam edən mənzilləri 27 100 AZN-dən başlayan ilkin ödənişlə, 20 ilədək müddətə ipoteka yolu ilə almaq mümkündür. Alıcılara, həmçinin illik 8 faizdən başlayan güzəştli kredit və Kristalın “Evini hissə-hissə al” modeli təklif edilir. Hissəli alış variantı mənzilin sahəsinin faiz və aylıq ödəniş öhdəliyi olmadan mərhələlərlə əldə edilməsinə imkan yaradır.

Kompleksin yerləşdiyi ərazi Avtovağzal metro stansiyasına və şəhərin əsas nəqliyyat yollarına yaxındır. Mənzillər Avropa brendlərinin məhsulları ilə tam təmir olunmuş şəkildə təhvil veriləcək. Beləliklə, yeni sahiblər əlavə təmirə vaxt və vəsait ayırmadan mənzillərinə köçə biləcəklər.

Layihədə yaşıllıq və istirahət sahələri, piyada və velosiped yolları, uşaqlar üçün oyun meydançaları, idman zonaları, yeraltı avtomobil dayanacağı, ticarət və xidmət obyektləri, eləcə də sutkanın 24 saatı fəaliyyət göstərən mühafizə sistemi planlaşdırılıb.

Satışda qalan mənzillərin sayı məhduddur. Seçimlər, qiymətlər və ödəniş şərtləri barədə məlumat üçün Kristalın satış ofisinə müraciət etmək və ya *1544 qısa nömrəsinə zəng etmək olar. Kompleksin ünvanı Biləcəri qəsəbəsi, X. Natəvan küçəsi 52C-dir.