Azərbaycan U-15 milli komandası FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb. Baş məşqçi Famil Xəlilovun yetirmələri 83-cü yer uğrunda Əfqanıstan millisi ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası daha dəqiq olub - 3:2.