Azərbaycanda ötən il adını və soyadını dəyişdirmə qərarı alan vətəndaşların sayı açıqlanıb. KONKRET.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin cavabında 2025-ci ildə bu istiqamətdə 2723 akt qeydi tərtib edildiyi bildirilib. Bunlardan 917 nəfər yalnız adını, 1383 nəfər isə yalnız soyadını dəyişdirib, 5 nəfər isə ata adını dəyişməyə qərar verib.

Məlumatı təsdiq edən qurum vətəndaşların ad, soyad və ata adını dəyişdirmə səbəblərini də açıqlayıb: səslənişinin bəyənilməməsi, şəxsi istəklər, ailə vəziyyəti ilə əlaqədar qərar kimi səbəblər əsas göstəricilər sırasındadır. Bundan əlavə, ər-arvadın birlikdə eyni soyadı daşımaq istəyi və övladlığa götürmə prosesindəki tənzimləmələr kimi hallar da ad dəyişikliklərində rol oynayıb.

Qeyd edək ki, ad, soyad və ata adının dəyişdirilməsi üçün dövlət rüsumu 15 manat təşkil edir.