Xalq artisti Zaur Rzayevin vəfatı ilə bağlı yeni detallara dair məlumatlar açıqlanıb. Demokrat.az xəbər verir ki, mərhumun yaxınları axşam.az-a verdiyi açıqlamada vida mərasiminin ev şəraitində, yaxın qohumların iştirakı ilə keçiriləcəyini bildirib. Zaur Rzayevin dəfn olunacağı yer isə Qurd qapısı qəbiristanlığı kimi təsdiqlənmiş vəziyyətdədir. Qeyd edək ki, oktyabrın 14-də xəstəlik səbəbi ilə xəstəxanaya yerləşdirilən sənətkar ötən gün dünyasını dəyişib.