QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi ölkənin cənubundakı kilsəyə silahlı hücum etmiş üç kişiyə asılmaqla edam cəzası verib.

Hadisə oktyabrın sonunda Kərək bölgəsindəki Əl-Həmmudə pravoslav kilsəsində baş verib. Hücumda doqquz nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb.