QafqazNews TASS-a istinadən xəbər verir ki, ABŞ İsrailin İranda kimyəvi silah hazırlanması barədə iddialarına skeptik yanaşır.
ABŞ-ın yanaşması barədə məlumatları amerikalı Al-Monitor portalı mənbələrə istinadən yayıb. Portalın məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ administrasiyası ilə danışıqlarda Vaşinqtonun İrana qarşı tədbir görməsini tələb edir. Buna baxmayaraq, ABŞ həmin informasiyaları əsaslı saymır və prioriteti Tehranın nüvə proqramına verir.
Portal qeyd edir ki, son iki həftə ərzində ABŞ ilə İsrail arasında İrana qarşı gələcək addımlar barədə yeni fikir ayrılıqları yaranıb.
24 noyabrda İsrailin müdafiə naziri İsraël Kac İrana kimyəvi silah hazırlanmasında ittihamlar yönəldib və onun fikrincə, Tehran bu silahdan yəhudi dövlətinə və regiondakı digər ölkələrə hücum üçün istifadə edə bilər. İranın xarici işlər naziri Abbas Arakçi isə bu ittihamları rədd edərək, İsrailin davranışının ABŞ-ı İslam Respublikası əleyhinə yeni müharibəyə cəlb etməyə yönəldiyini bildirib.