QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Krımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünü hədəf aldığını bəyan edib.
Aksyonov sosial şəbəkədəki paylaşımında hücumun baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisədən sonra körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları çalışır.