QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, UEFA Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və “Hapoel Beer Şeva” komandalarının qarşılaşması zamanı baş verən insidentin araşdırılması üçün müfəttişlər təyin edib.
UEFA-nın mətbuat xidməti bildirib ki, qurum tribunadakı hadisələri pisləyir və futbolda təxribatçı, ayrı-seçkilik xarakterli, yaxud ekstremist davranışın qəbuledilməz olduğunu vurğulayır.
Açıqlamada qeyd olunub ki, müfəttişlər insidentə dair bütün mövcud sübutları araşdıracaq, fakt və şəraiti müəyyənləşdirəcəklər.
UEFA Avropa Liqasının V turu çərçivəsində dünən Batumidə oynanılan matçda türk azarkeşlərlə Gürcüstan polisi arasında gərginlik yaranıb.