QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyədə məşhurlarla bağlı narkotik və fahişəlik istintaqında saxlanılan müğənni Ceylan Kaya həbs olunub.

Kaya “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” ittihamı ilə həbs edilib. Burcu Özberk və Özcan Denizin də daxil olduğu doqquz şübhəli isə ölkədən çıxış qadağası tətbiq olunmaqla sərbəst buraxılıb.

Aktyorlar Burcu Özberk və Deniz Çakır, eləcə də müğənni Özcan Denizin prokurorluqda verdikləri ifadələr məlum olub. Onlar aylıq gəlirlərinin məbləğini də açıqlayıblar.

Özcan Deniz ayda 500 min Türkiyə lirəsi qazandığını deyib. O, peşəkar sənət fəaliyyəti ilə təxminən 35 ildir məşğul olduğunu, narkotikdən istifadə etmədiyini və bu maddələrin satışını həyata keçirən şəxslərlə əlaqəsinin olmadığını bildirib.

Deniz Çakır aylıq gəlirinin 400 min lirə olduğunu qeyd edib. Aktrisanın sözlərinə görə, o, yalnız həkim resepti ilə qəbul etdiyi dərmanlardan istifadə edir və narkotik maddələrlə əlaqəsi yoxdur.

Burcu Özberk isə ayda 300 min lirə qazandığını açıqlayıb. O, işlərinin sıxlığı səbəbindən vaxtının əsasən evi ilə çəkiliş meydançası arasında keçdiyini, narkotik istifadə olunan mühitlərdə olmadığını söyləyib.

Üç məşhur da irəli sürülən ittihamları qəbul etmədiklərini bildiriblər.