QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Avropa Şurasının baş katibi Alen Berse bu gün Kiyevə səfər edib.

Berse “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, səfər çərçivəsində növbəti iki gün ərzində Ukrayna rəhbərliyi ilə görüşəcək.

Avropa Şurası Nazirlər Komitəsi yaxın vaxtlarda 2027-2030-cu illəri əhatə edən “Ukrayna üçün demokratik təhlükəsizlik” adlı Fəaliyyət Planını təsdiqləyib. Sənəd üçün nəzərdə tutulan ümumi büdcə təxminən 70 milyon avrodur.