QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 8-9-da Bakıda, Abşeron yarımadasında və ölkənin bəzi ərazilərində küləyin güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti qarşıdakı küləkli hava ilə əlaqədar narıncı və sarı səviyyəli xəbərdarlıq yayıb.

Narıncı xəbərdarlıq Bakı və Abşeron yarımadası ilə yanaşı Mingəçevir, Naftalan, Neftçala, Hacıqabul, Qobustan, Qusar, Xızı, Goranboy, Daşkəsən və Ağstafaya aiddir. Həmin ərazilərdə qərb küləyinin sürəti saniyədə 20,8-28,4 metrə çatacaq.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Salyan, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq qüvvədədir. Bu məntəqələrdə qərb küləyinin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.