QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qala qəsəbəsində “4 yol” kimi tanınan ərazidə hərəkətdə olan “Ford” markalı avtomobil qəfil yanmağa başlayıb. Nəqliyyat vasitəsi vətəndaşa məxsus olub.

Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Alovlanmanın səbəbi hələ müəyyənləşməyib. Faktla bağlı araşdırma aparılır.