QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarının kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsinə baş çəkib.
Vətən müharibəsindəki tarixi qələbənin rəmzi olan abidənin önünə gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla anılıb.