QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı, eləcə də xanımı Əminə Ərdoğanı yola salıblar.