QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin Azərbaycandakı səfiri Lu Meylə birlikdə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində olublar.

Leyla Əliyeva ziyarət barədə rəsmi İnstaqram səhifəsində paylaşım edib. O, mərkəzə səmimi səfərinə və gətirdiyi hədiyyələrə görə Çin səfirinə təşəkkürünü bildirib.