QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları Zəfər Parkında olublar.
Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbəni əks etdirən Zəfər abidəsinin önünə gül dəstələri qoyulub. Komitənin kollektivi ölkənin ərazi bütövlüyü və suverenliyi, eləcə də torpaqların azadlığı uğrunda həyatını itirən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək ehtiramını bildirib.