QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Almaniyanın Saksoniya bölgəsində yerləşən 800 yaşlı qəsr bir avroya satışa çıxarılıb. Satışın məqsədi tarixi tikilinin bərpası üçün investor tapmaqdır.

Şnadits qəsri su üzərində inşa olunub və təxminən 1 012 kvadratmetr ümumi sahəyə malikdir. Kompleksə cəngavərlər zalı və iki qüllə daxildir.