QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Zəfər Günü münasibətilə Ağdam və Xocavənddə ağacəkmə aksiyaları təşkil olunub. Tədbirlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, şirkət və təşkilatların dəstəyi ilə keçirilib.
Aksiyaların məqsədi yaşıllıq sahələrini artırmaq və ətraf mühitin qorunmasına töhfə vermək olub.
Noyabrın 4-də “AzInTelecom”un dəstəyi ilə Ağdam rayonunun Sarıcalı kəndində 40 sot sahədə 130 ağac əkilib. Onlardan 80-i badam, 50-si isə zeytun ağacıdır.
Xocavənd şəhərində noyabrın 5-də “Yaşıl Qarabağ” İctimai Birliyinin dəstəyi ilə 30 sot ərazidə 50 meyvə ağacı əkilib.
Beləliklə, iki aksiyada 70 sot sahədə ümumilikdə 180 ağac torpağa basdırılıb.