QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov çempionatda 200-cü oyununu keçirib.
Yubiley matçı “Şəfa” ilə səfər qarşılaşmasına təsadüf edib. Görüş 2:2 hesabı ilə başa çatıb. İsgəndərov turnirdə keçirdiyi oyunlarda 25 qol vurub.
2017/18 mövsümündə debüt edən futbolçu üç klubun heyətində çıxış edib. O, “Sumqayıt”da 18 oyuna çıxaraq 3 qol, “Qəbələ”də 118 matçda 17 qol vurub. Hazırkı klubu “Araz-Naxçıvan”da isə 64 dəfə meydana çıxıb və 5 qola imza atıb.
Ülvi İsgəndərov ölkə çempionatının yüksək dəstəsində ən azı 200 oyun keçirən 165-ci futbolçu olub.