QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Tovuz və Gədəbəy rayonlarının ucqar dağ yaşayış məntəqələrində qar yağır.

Bu gün səhərdən Tovuzun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı və Saladınlı kəndlərində, eləcə də ətraf ərazilərdə yağıntı qeydə alınıb. Rayonun dağlıq kəndlərində qarın qalınlığı 10 santimetrə çatıb.

Qar avtomobillərin hərəkətinə və kəndlərin kommunal təsərrüfatına mane olmayıb.

Gədəbəyin ucqar dağ kəndlərində də yağıntı davam edir. Qarın gecə saatlarınadək yağacağı təqdirdə örtüyün qalınlığının 15 santimetrə çatacağı proqnozlaşdırılır.

Gədəbəy rayonunda elektrik, rabitə və təbii qaz təchizatında, həmçinin yol infrastrukturunda problem qeydə alınmayıb. Hazırda Azərbaycanın qərb bölgəsində hava qeyri-sabitdir.