QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Quba rayonunda Xarıbülbül zirvəsinə yürüş təşkil olunub. Dəniz səviyyəsindən 2783 metr hündürlükdə yerləşən zirvəyə qalxma tədbiri Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilib.

Yürüşün məqsədi tarixi Zəfərin rəmzləri olan milli birlik və vətənpərvərlik dəyərlərini təşviq etmək, təbiətlə təması möhkəmləndirmək və dağ turizminə marağı artırmaq olub.

İştirakçılar zirvəyə çatdıqdan sonra Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.