QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət təşkil olunub.

Tədbirdə konsert proqramı təqdim edilib.

Ziyafətin ardından İlham Əliyev və Mehriban Əliyeva, ailə üzvləri, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan incəsənət xadimləri, Vətən Müharibəsi qəhrəmanları, eləcə də “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbi qulluqçularla görüşüblər. Görüş zamanı birgə foto çəkdirilib.