QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis tədbirləri keçirilib.

Əməliyyatlar nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıb.

Saxlanılanlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə və psixotrop tərkibli 50 həb aşkarlanıb.