QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şamaxıda səhər saatlarında yük avtomobilinin aşması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə vaxtı hərəkətdə olan yük avtomobilinin qoşqusundakı məhsullar yolun hərəkət hissəsinə dağılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə məhsulların yola səpələndiyi görünür.

Qəzanın səbəbi və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat açıqlanmayıb.