QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri göndərilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ot bağlamalarının saxlandığı sahədəki alov qısa müddətdə söndürülüb və yayılmasının qarşısı alınıb.

Yanğın 13 ton ot bağlamasının 3 tonunu məhv edib. Bağlamaların əsas hissəsi qorunub.