QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük sərhədindən bəyan edilməmiş tibbi malların keçirilməsi cəhdinin qarşısını alıblar.

“Qırmızı Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı qoşquda mal müşayiət sənədlərində əksini tapmayan, tibb sahəsində istifadə edilən 10 adda ümumilikdə 480 məhsul aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.