QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Biləcəri yolunun Şamlıq adlanan hissəsində üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
“Mercedes”, “Opel” və “Hyundai” markalı maşınların toqquşmasından sonra nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı ağaclara dəyib.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Qəza ilə bağlı araşdırma aparılır.