QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 14-də saat 15:00 radələrində Azərbaycan Tibb Universitetinin Bakı şəhərinin Nəsimi rayonunda yerləşən yataqxanasından təcili tibbi yardım çağırışı daxil olub.

TƏBİB-in açıqlamasında bildirilib ki, ünvana briqada göndərilib və orada bir qadının həkiməqədər vəfat etdiyi müəyyən edilib.

Qadının meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.