QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 2026-cı ilin dekabrında Azərbaycanda beşgünlük qrafiklə çalışanlar 10 gün işə çıxmayacaqlar.

Ay ərzində beş şənbə və dörd bazar gününə təsadüf edir. Bununla dekabrda həftəsonları ümumilikdə doqquz gün təşkil edəcək.

Dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür. Nəticədə beşgünlük iş həftəsi olanlar üçün ay ərzində qeyri-iş günlərinin sayı 10-a çatır.