QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, sosial mediada Yada Avakeninq adı ilə tanınan Yahdan Yada həyat yoldaşı Ac’a Yadaya ev işləri və uşaqların tərbiyəsi üçün ildə 250 min dollar, təxminən 425 min manat ödəyir.

Yahdanın sözlərinə görə, analıq, məişət işləri və uşaqların böyüdülməsi xeyli əmək tələb edir. O, bu ödəniş vasitəsilə həyat yoldaşının ailəyə verdiyi töhfəni maddi cəhətdən də qiymətləndirmək istədiyini deyib. Həmçinin hər hamiləliyə görə əlavə 150 min dollar, təxminən 255 min manat ödədiyini bildirib.

Sosial şəbəkə istifadəçiləri ailənin ehtimal olunan gəlir və xərclərini hesablayaraq ödənişlərin illik ümumi məbləğinin 1 milyon dollara yaxın ola biləcəyini irəli sürüblər.

Yahdan Yada sosial platformalarda ailə münasibətləri və kişilərin məsuliyyəti barədə fikirləri ilə tanınır. Ac’a Yada isə sahibkarlıq və doğuşa dəstək sahələrində fəaliyyət göstərir.