QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın bəzi yollarında görünüş məsafəsi azalacaq.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti gözlənilir. Bunun nəticəsində magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.