QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Egey dənizində 3,8 maqnitudalı zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına əsasən, yeraltı təkanların episentri Muğladan 13 kilometr aralıda, Göyova körfəzində olub. Zəlzələnin ocağı 8,29 kilometr dərinlikdə qeydə alınıb.

Dünən də Mərmərə və Aralıq dənizinin Türkiyə sahillərində zəlzələlər baş verib.